Oyunların məkanı dəyişdirildi - Bütün matçlarda bir dəqiqəlik sükut olacaq
ESTAFET/ Fevralın 9-da, 10-da və 12-də keçiriləcək Yüksək, Birinci və İkinci liqaların oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, “Olimpik Star”da keçiriləcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bununla əlaqədər fevralın 10-da keçiriləcək oyunların vaxtında da dəyişiklik edilib.
Federasiyadan verilən digər məlumata görə, qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən liqalarda 1 dəqiqəlik sükutla anılacaq.