"Turan Tovuz" klubundan örnək addım

ESTAFET/ "Turan Tovuz" klubu "Kəpəz"lə oyunun bilet satışından əldə olunan gəlirləri Türkiyəyə göndərəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir:

"11 fevral tarixində keçiriləcək Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

2 manat təşkil edən biletlərin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək".

Müəllif: Natiq NƏSİROV