Nicat Kərimli gümüş medal qazandı

ESTAFET/ Nicat Kərimli (-75 kq) 23-26 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin gümüş medalını qazanıb. 21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirili rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni q xal fərqi ilə əldən verib.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda  67 ölkədən 1169 idmançının iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.

Müəllif: Bəhruz MƏMMƏDOV