Xocalı Soyqırımının qurbanlarının xatirəsinə həsr olunan rapid turniri təşkil edib
ESTAFET/ Azərbaycan Şahmat Federasiyasının Uşaq və Gənclər Komissiyası Xocalı Soyqırımının qurbanlarının xatirəsinə həsr olunan rapid turniri təşkil edib.
Ayan Allahverdiyevanın hakimliyi ilə keçirilən yarışda 7 turdan sonra 4 şahmatçı 5,5 xal toplayıb.
Əlavə göstəricilərə görə rəqibləri qabaqlayan Xəzər Babazadə turnirin qalibi adını qazanıb. Məhəmməd Muradlı ikinci, Murad İbrahimli üçüncü yeri tutub. Vüqar Manafov yarışı dördüncü yerdə başa vurub.