Messi ən yaxın izləyicisini 8 xal qabaqlayıb: “The Best”

ESTAFET/ FIFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

Titula sahib çıxan Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni 8 xal qabaqlayıb.

Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplayıb. Üçüncü olan İspaniyanın "Real" komandasının forvardı Kərim Benzemanın isə 34 xalı var.

1. Lionel Messi (Argentina, PSJ) - 52 xal
2. Kilian Mbappe (Fransa, PSJ) - 44
3. Kərim Benzema (Fransa, "Real") - 34
4. Luka Modriç (Xorvatiya, "Real") - 28
5. Erlinq Holann (Norveç, "Mançester Siti") - 24
6. Sadio Mane (Seneqal, "Bayern") - 19
7. Xulian Alvares (Argentina, "Mançester Siti") - 17
8. Əşrəf Hakimi (Mərakeş, PSJ) - 15
9. Neymar (Braziliya, PSJ) - 13
10. Kevin De Bruyne (Belçika, "Mançester Siti") - 10
11. Vinisius Junior (Braziliya, "Real") - 10
12. Robert Levandovski (Polşa, "Barselona") - 7
13. Cud Bellingem (İngiltərə, "Borussiya", Dortmund) - 3
14. Məhəmməd Salah (Misir, "Liverpul") - 2

Müəllif: Natiq NƏSİROV