Türkiyə klubunda yeni baş məşqçi
ESTAFET/ Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssis bu postda ötən gün istefa vermiş Françesko Fariolini əvəzləyib.
Xatırladaq ki, Ersun Yanal son olaraq 2020/2021 mövsümündə "Antalyaspor"da baş məşqçi kimi çalışıb.