Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazandı
ESTAFET/ İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
-60 kq. çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
-73 kq. çəkidə mübarizə aparan cüdoçu İbrahim Əliyev yarışı 7-ci yerdə tamamlayıb.