Bakı birinciliyinin ilk günündə 300-dən çox cüdoçu mübarizə aparacaq
ESTAFET/ Bu gün 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ilk yarış günü keçirilir.
14 martda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 303 cüdoçu gücünü sınayacaq. Qızlar arasında 28, 40 və 52 kq çəki dərəcələrində, oğlanlar arasında isə 34, 46, və 60 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Yarışın ilkin görüşləri saat 9:00-da başlayacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.