Qran-Pri turnirində daha bir qızıl

ESTAFET/ Azərbaycan paracüdoçusu Xanım Hüseynova Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.

Turnirdə 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bugün ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) qızıl, Dürsədəf Kərimova (+70 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.

Müəllif: Natiq NƏSİROV