Millimizin oyununa maksimum maraq - bilet qalmadı

ESTAFET/ Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür.

Qarşılaşma üçün satışa çıxarılmış biletlərin artıq hamısı satılıb.

Bu barədə Avstriya Futbol Assosiasiyasının saytı məlumat yayıb. “Rayffayzen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılmışdı.

Xatırladaq ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Müəllif: Natiq NƏSİROV