Gürcüstan millisinə Azərbaycandan 3 dəvət

ESTAFET/ “Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili, "Sabah"ın hücumçusu Davit Volkov və "Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət alıblar.

Yığmanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq, Norveçlə isə AÇ-2024-ün seçmə mərhələ oyunlarına Azərbaycan Premyer Liqasında çıxış edən legionerləri də çağırıb.

Qarşılaşmalar müvafiq olaraq martın 25-də və 28-də Batumidə baş tutacaq.

Müəllif: Zaur HACIYEV