Ağır atletlərimiz dünya birinciliyinə qatılacaqlar

ESTAFET/ 25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.

60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayacaq.

Komandamız aşağıdakı heyətlə çıxış edəcək:

Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq).

Müəllif: Natiq NƏSİROV