"Formula 1" üzrə Azərbaycan Qran Prisini izləmək üçün 7 SƏBƏB

Bakı yarışına geri sayım artıq başlayıb. 

estafet.az "Formula 1" üzrə Azərbaycan Qran Prisini azarkeşlərin sevimlisinə çevirən 7 səbəbi təqdim edir.

Sirr deyil ki, 2016-cı ildən bəri "Formula 1" təqvimində yer alan Bakı Şəhər Halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. İstər yaxın finişlər, sürpriz podiumlar, və ya trekdə baş verən insidentlər, istərsə də Bakı trekində təkrar qalibin olmaması ilə Azərbaycan Qran Prisi F1 tarixinə şübhəsiz ki, öz damğasını qoyub.

Sebastyan Fetelin təhlükəsizlik maşınının arxasında Lyuis Hemilton ilə toqquşmasını kim unuda bilər? Bəs 2 "Red Bull" sürücüsünün 2018-ci ildə bir-birini yarışdan kənara qoyması necə? Və ya 2021-ci ildə Hemiltonun 2 dövrəli restartda ona mövsümün sonunda baha başa gələn səhvi?

Paytaxtımızın artıq 7-ci dəfə "Formula 1" yarışına ev sahibliyi etməyinə 1 ay qalmış bu yarışı təqvimin digər yarışlarından fərqləndirən cəhətlərinə nəzər saldıq və Azərbaycan Qran Prisinin "Formula 1" azarkeşləri arasında bu qədər populyar olmasının 7 əsas səbəbini tapdıq.
1. Gözlənilməz yarışlar

2. Yüksək sürət!

3. Möhtəşəm mənzərə

4. Yaxın finişlər

5. Möhtəşəm ötmələr

6. Qeyri-adi və əyləncəli hadisələr

7. Sürpriz podiumlar

Əminik ki, bu məqaləni oxuyan hər kəsi belə bir sual düşündürəcək: bəs bu il Bakıda "Formula 1" azarkeşlərini hansı sürprizlər gözləyir? 2023 "Formula 1" Azərbaycan Qran Prisinin şüarı olan “Gözlənilməzə hazır olun” ifadəsi builki yarışda sürətsevərlərin gözlənilməz hadisələrin, həyəcanlı anların və maksimum sürətin şahidi olacağına işarə edir. Bunun yeganə yolu isə yarışı birbaşa izləməkdir. Odur ki, "Formula 1" Azərbaycan Qran Prisini canlı izləmək istəyən hər kəsi bilet almağa səsləyirik. Və unutmayın: Bakıda gözlənilməzə hazır olun!

Müəllif: Natiq NƏSİROV