Meksika Qran-prisi 2028-ci ilə qədər Formula 1 təqvimində qalacaq

Formula 1 rəhbərliyi ilə əldə olunan yeni razılaşmaya əsasən, Meksika Qran-prisinin müqavilə müddəti 2028-ci ilə qədər uzadılıb.
innews.media xəbər verir ki, bu barədə yarışın rəsmi saytına açıqlamasında Formula 1-in baş direktoru Stefano Domenikali məlumat verib. O, Meksika mərhələsinin azarkeşlər üçün xüsusi əhəmiyyət daşıdığını və regionda motorsportun inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Meksika Qran-prisi 1992-ci ilə qədər təqvimdə yer alıb, uzun fasilədən sonra isə 2015-ci ildə yenidən Formula 1 yarışlarının bir hissəsinə çevrilib. Əvvəlki müqaviləyə əsasən, yarışın 2025-ci ilə qədər keçirilməsi planlaşdırılırdı. Lakin yeni uzadılmış razılaşma ilə bu tarix daha üç il artırılıb.
Xatırladaq ki, cari mövsümdə Meksika Qran-prisi 24–26 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan paytaxtı Bakıda isə Formula 1 yarışı 19–21 sentyabr tarixlərində baş tutacaq.
