Türkiyədə yarımfinalçılar müəyyənləşdi

ESTAFET/ Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Bu gün daha bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Daha öncə “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbaxça” isə “Sivasspor”la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.

Türkiyə kuboku
1/4 final


4 aprel 2023

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qollar: Sou 51, 83, Diak 68 : A.Ömür 22

5 aprel 2023

Qalatasaray – Başakşəhər 2:3
Qollar: K.Ayhan 20, M.İkardi 51 : P.Şiş 12, 66, D.Alekşiç 30

6 aprel 2023

Fənərbaxça – Kayserispor 4:1
Qollar: E.Mor 8, 42, S.Dursun 58, A.Güler 90 : D.Kolovetsios 18

Müəllif: Orxan NOVRUZOV