"O, daha bir "Qızıl top" qazana bilər"
ESTAFET/ Karlo Ancelotti düşünür ki, Kərim Benzema daha bir "Qızıl top" qazana bilər.
"Real"ın baş məşqçisi İspaniya kubokunda "Barselona" ilə matçda (4:0) het-trikdən sonra hücumçunun formasından danışıb. “Milli komandalarının oyunlarının fasiləsində gördüyü iş ona çox kömək etdi. Benzema daha bir "Qızıl top"u qazana bilər, çünki o, dünyanın ən yaxşı hücumçularından biridir" - Ançelotti bildirib.