"Barselona" - "Real" matçını İspaniya əhalisinin 21.5 faizi izləyib

ESTAFET/ İspaniya kubokunun "Barselona" - "Real" matçını ümumilikdə 9,9 milyon tamaşaçı izləyib. 

Yayımın pik vaxtına 6,3 milyon tamaşaçı (43,3 faiz payla) baxıb. Matça baxanların ümumi sayı isə 9,9 milyon nəfər (İspaniya əhalisinin 21,5 faizi) olub. 

Dünənki futbol matçı əvvəlki "El Klassiko"dan sonra İspaniyada ilin ikinci ən çox baxılan qarşılaşması olub. 

"Real" Kərim Benzemanın het-triki sayəsində "Barselona"nı 4:0 hesabı ilə məğlub edərək Kral Kubokunun finalına yüksəlib. Həlledici görüşdə madridlilərin rəqibi "Osasuna" olacaq.

Müəllif: Orxan NOVRUZOV