Səid "Böyük Dəbilqə"ni gümüşlə başa vurdu

ESTAFET/ Cüdoçumuz Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kassenə (Belçika) məğlub olub.

73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Müəllif: Natiq NƏSİROV