Yığmamız qrupun ilk oyununda uduzdu

ESTAFET/ 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. 

Milli komanda Monteneqro ilə qarşılaşıb.

Görüş Slovakiyada təşkil olunub. Azərbaycan yığması bu oyunda 0:3 hesab ilə uduzub.

Azərbaycan millisi aprelin 11-də Slovakiya ilə görüşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV