Bu hücumçular "Barselona"nın maraq dairəsində

ESTAFET/ "Barselona" komandanın hücum xəttini gücləndirmək niyyətindədir. 

Bunun üçün Lionel Messi (PSJ), Yannik Ferreyra Karrasko ("Atletiko Madrid") və Vitor Rokenin ("Atletiko Paranaense") transferləri nəzərdən keçirilir. Klub həmçinin Abde Ezzalzulini ("Osasuna") icarəyə götürə bilər. Bu barədə “Relevo” məlumat yayıb. 

35 yaşlı Messi hələ də Fransa klubu ilə müqaviləsini yeniləməyib. Vəziyyət belə də qalsa, o zaman argentinalı azad agent kimi komandanı tərk edəcək. 

29 yaşlı Yannik Ferreyra Karraskonun "Atletiko Madrid"lə 2024-cü ilin yayına qədər müqaviləsi var. 

18 yaşlı Vitor Roke Avropanın demək olar ki, bütün top komandalarının maraq dairəsindədir. Onun “Barselona”da oynamaq arzusunda olduğu və İspaniya klubuna keçmək üçün hər şeyi etməyə hazır olduğu bildirilirdi. 

21 yaşlı Abde "Osasuna"da 25 matçda 3 qol vurub və iki məhsuldar ötürmə verib.

Müəllif: Natiq NƏSİROV