BDU tələbələri arasında "Heydər Əliyev ili" çərçivəsində stolüstü tennis turniri

ESTAFET/ Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Universitet tələbələri arasında stolüstü tennis üzrə Nərimanov rayon turniri keçirilib.

Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, BDU-nun TGT sədri Ələkbər Həsənov və Universitetin tələbələri iştirak ediblər.

Turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək və idmanın təşviqidir.

Turnirin nəticələrinə uyğun olaraq qızlar arasında I yeri Xədicə Hüseyn, II yeri Fatimə Ələkbərova, III yeri Nərmin Rüstəmli, oğlanlar arasında isə I yeri Şaban Bağmanov, II yeri Zülfüqar Muxtarlı, III yeri Murad Safalı tutublar.

Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Müəllif: Zaur HACIYEV