Premyer Liqa klubları cərimələndi

ESTAFET/ AFFA İntizam Komitəsinin iclası keçirilib. Bu gün keçirilən iclasda Premyer Liqanın XXXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilib.

“Səbail” – “Neftçi” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılmasına görə “Sumqayıt” klubu 1600 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV