4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə başlayır

ESTAFET/ Bu gündən etibarən Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinə start verilir. 

İki gün davam edəcək turnirin ilk günü oğlanların yarışında 50 və 66 kq çəki dərəcələrində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

İlkin görüşlər saat 10:00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV