Avropa Kuboku Göygöldə
ESTAFET/ Azərbaycan ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 mayda Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.
Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.
Avropa kuboku regionlarımızda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır.
Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.