“Kəpəz” “Sumqayıt”a, "Sabah" "Şamaxı"ya qarşı

ESTAFET/ Bu gün Misli Premyer Liqasında XXXII tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” Qəbələdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçında isə “Sabah” və “Şamaxı” komandaları üz-üzə gələcəklər.

Bu turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” – “Səbail” oyunları mayın 1-də, “Neftçi” – “Qarabağ” görüşü isə ayın 2-də keçiriləcək.

Misli Premyer Liqası
XXXII tur

29 aprel 2023

16:00  “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.

18:30  “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə.
Masazır. “Bank Respublika Arena”

Müəllif: Orxan NOVRUZOV