“Napoli”nin futbolçusu hərbi xidmətə çağırıldı

ESTAFET/ “Napoli”nin müdafiəçisi Kim Min Jae hərbi xidmətini başa vurmaq üçün Cənubi Koreyaya yollanacaq.

Onun 2023-cü ilin iyun və iyul aylarını əhatə edən üç həftəlik xidməti yekunlaşdırması tələb olunur.

Oyunçu 2018-ci ildə Asiya çempionatının qalibi olduqdan sonra tam hərbi xidmətdən azad edilmişdi.

Öncədən “Tottenhem”in üzvü Son Hın Min də 2020-ci ildə oxşar vəziyyəti yaşamışdı.

Kim Min Jae 2022/23 mövsümündə “Napoli”nin heyətində 40 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Müəllif: Orxan NOVRUZOV