İspaniya kubokunu “Real” qazandı

ESTAFET/ İspaniya kubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “Real” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı oyundan qalib ayrılan “Real” ölkə kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, bu, Madrid təmsilçisinin İspaniya kubokunda 20-ci belə uğurudur. Kuboku ən çox “Barselona” qazanıb – 31 dəfə.

İspaniya kuboku
Final

6 may 2023

Real – Osasuna 2:1
Qollar: Rodriqo 2, 70 : Torro 58

Müəllif: Orxan NOVRUZOV