İspaniya kubokunu “Real” qazandı
ESTAFET/ İspaniya kubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “Real” və “Osasuna” komandaları üz-üzə gəliblər.
Üç qolun qeydə alındığı oyundan qalib ayrılan “Real” ölkə kubokunu başı üzərinə qaldırıb.
Xatırladaq ki, bu, Madrid təmsilçisinin İspaniya kubokunda 20-ci belə uğurudur. Kuboku ən çox “Barselona” qazanıb – 31 dəfə.
İspaniya kuboku
Final
6 may 2023
Real – Osasuna 2:1
Qollar: Rodriqo 2, 70 : Torro 58