Gənc cüdoçulardan Parisdə ilk günə 2 medal

ESTAFET/ Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

Yarışın ilk günündə oğlanların yarışında 60, 66 və 73 kq çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb.

60 kq çəkidə Nizami İmranov qızıl medal qazanıb. 66 kq çəkidə yarışan Aydın Rzayev isə bürünc medal əldə edib.

Müəllif: Natiq NƏSİROV