Cüdoçularımız Göygol Avropa Kuboku turnirinin ilk günündə 16 medal qazandı

Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib.
Turnirin ilk günü 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.
Qızlar
-40 kq. çəkidə
Nigar Məmişova qızıl medal
Xədicə Abdullayeva bürünc medal
Gülşən Hüseynova bürünc medal
-44 kq. çəkidə
Aytac Yoçuzadə gümüş medal
-48 kq. çəkidə
Vüsalə Hacıyeva qızıl medal
-52 kq. çəkidə
Xədicə Qədəşova gümüş medal
Oğlanlar
-50 kq. çəkidə
Nihad Məmişov qızıl medal
Məhəmməd Məmişov gümüş medal
-55 kq. çəkidə
Mirxaliq İskəndərov qızıl medal
Fərid Qarayev gümüş medal
Ayxan Mirzəzadə bürünc medal
Murad Fətullayev bürünc medal
-60 kq. çəkidə
Məhəmməd Musayev qızıl medal
Xanəhməd Şərifov bürünc medal
-66 kq. çəkidə
Cəsur İbadlı qızıl medal
Mehdi Cəfərov gümüş medal
