Göygol Avropa Kuboku turniri davam edir
Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günün görüşləri keçirilir.
Yarışın ikinci günü qızların mübarizəsində -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəki dərəcələrində, oğlanların mübarizəsində isə -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.