"QARABAĞ"IN OYUNUNA TƏYİNATLAR
ESTAFET/ Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Samtredia” oyununun hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayık kömək edcəcək. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək. Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.
Qeyd edək ki, iyulun 11-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.