Azərbaycan Elektron İdmanı Federasiyasının rəhbərliyi və əməkdaşlar ağacəkmə aksiyasına qoşulub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Elektron İdmanı Federasiyasının rəhbərliyi və əməkdaşlar ağacəkmə aksiyasına qoşulub.

Ağacəkmə tədbiri federasiya əməkdaşları, oyunçular və könüllülərin iştirakı ilə keçirilib.

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Balaxanı qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı əkilib.

Müəllif: Bəhruz MƏMMƏDOV