Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub
Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub.
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub.
Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.
Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, bu gün həmçinin qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışın qalibi bəlli olacaq.