İlqar Xələfov Azərbaycan çempionu oldu

“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı çərçivəsində keçirilən veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

9 turdan 6,5 xal toplayan Fikrət Sideifzadə üçüncü yeri tutdu. 7 xalı olan Asəf Abdullayev turniri ikinci pillədə başa vurdu. Maksimum nəticə göstərən İlqar Xələfov (9 oyun və 9 qələbə) veteranlar arasında Azərbaycan çempionatının qalibi oldu.

Qeyd edək ki, Azərbaycan çempionatında yaşı 60-dan yuxarı olan 36 veteran şahmatçı iştirak edib.

Müəllif: Natiq NƏSİROV