Milli üzvü Bundesliqada klubunu dəyişdi

ESTAFET/ Almaniyanın “Ayntraxt” klubu növbəti mövsüm üçün heyətinə yeni futbolçu cəlb edib.
Bundesliqa təmsilçisi “Volfsburq”un və Misir yığmasının hücumçusu Omar Marmuşu transfer etdiyini açıqlayıb.
24 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Frankfurt təmsilçisinə azad agent kimi keçən oyunçu yeni komandasına iyulun 1-dən sonra qoşulacaq.
Marmuş “Volfsburq”a 2017-ci ilin yayında ölkəsinin “Vadi Deqla” klubundan transfer olunub. O, bu komandada 46 oyuna 6 qol vurub. Misirli futbolçu Almaniyada “Ştutqart” və “Sankt Pauli” klublarında da icarədə olub. Hücumçu Misir yığmasında da 17 oyuna 4 qol vurub.
