İtaliyada Qran Prisi ləğv edildi - Formula 1

ESTAFET/ Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya qran-prisi ləğv edilib.

Yarışın rəsmi saytının xəbərinə görə, buna hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.

Xatırladaq ki, yarış 19-21 mayda keçirilməli idi.

Müəllif: Natiq NƏSİROV