Günay Qran-Pridə mübarizəyə başlayır

ESTAFET/ Bu gün Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi start götürəcək.

Turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparacaq.

Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.

1-ci tur
Oliviya Kiolbasa (Polşa) - Günay Məmmədzadə
Harika Dronovali (Hindistan) - Bibisara Assaubayeva (Qazaxıstan)
Dinara Vaqner (Almaniya) - Aleksandra Qoryaçkina (FIDE)
Nana Dzaqnidze (Gürcüstan) - Bella Xotenaşvili (Gürcüstan)
Aleksandra Kostenyuk (İsveçrə) – Tan Çonqyi (Çin)
Katerina Laqno (FIDE) – Polina Şuvalova (FIDE)

Müəllif: Natiq NƏSİROV