A Seriyasında baş məqşçi ilə yeni müqavilə

ESTAFET/ “Udineze” baş məşqçisi Andrea Sottillə müqavilənin müddətini uzadıb.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssisin yeni sözləşməsi gələn ilin yayına kimi nəzərdə tutulub. Yəni Sottil növbəti mövsüm də postunda qalacaq. 

Sottil ötən ilin iyunundan “Udineze”dədi. O, 1999-2003-cü illərdə futbolçu kimi də bu klubda çıxış edib.

“Udineze” sona üç tur qalmış İtaliya A Seriyasında turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV