Tacikistanda yarışacaq millimizin heyəti
ESTAFET/ 2-4 iyunda Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Qran Pri turniri keçiriləcək.
3 gün davam edəcək turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın imançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Kişilər
60 kq
Turan Bayramov
Rövşən Əliyev
66 kq
Yaşar Nəcəfov
Ruslan Paşayev
73 kq
İbrahim Əliyev
Nurlan Osmanov
90 kq
Vüqar Talıbov
Elcan Hacıyev
+100 kq
Camal Həmzətxanov
Qadınlar
48 kq
Leyla Əliyeva
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva