Mundialın 4-gü gününü də medalsız başa vurduq: DÇ-2023
ESTAFET/ Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü günü də Azərbaycan üçün uğursuz keçib.
Bu gün ölkəmizdən yeganə mübarizə aparan Xanoğlan Kərimov (63 kq) da medalsız qalıb.
O, 1/32 finalda portuqaliyalı Alfredo Martinsə, 1/16 finalda Səudiyyə Ərəbistanından olan Zəkəriyyə Məhəmmad Qaliyə qalib gəlsə də, 1/8 finalda danimarkalı Tobias Hütelə uduzub.
Qeyd edək ki, Azərbaycan meydan sahibi olsa da, indiyədək medal hesabını aça bilməyib.