Avropa çempionatının üçüncü günündə 12 veteran cüdoçumuz tatamiyə çıxacaq

Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışların sonuncu günü keçirilir.
10 iyunda yarışda M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə saat 18:30-da başlayacaq.
