“Fənərbaxça”nın hücumçusu Braziliya klubunda

ESTAFET/ “Fənərbaxça”nın hücumçusu Enner Valensiya karyerasını Braziliyada davam etdirəcək.

Klubun rəsmi saytının xəbərinə görə, o, azad agent kimi “İnternasional” klubuna keçib. 33 yaşlı futbolçu ilə imzalanan sözləşmənin şərtləri haqda məlumat verilməyib.

Valensiya 2020-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, 2022/23 mövsümündə 48 oyunda 33 qol vurub və 7 məhsuldar ötürmə edib.

Müəllif: Zaur HACIYEV