Qadın millimiz yarımfinalda

3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirən qadın millimiz, İrlandiya seçməsinə 16-10 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Kişilərdən ibarət komandamız isə ikinci qrup oyununda yerli Kipr seçməsinə 22-11 hesabı ilə məğlub olub. 18 iyun tarixində kişi komandamız Bakı vaxtı ilə saat 12:15 də qrupda sonuncu oyununu Lüksemburq yığmasına qarşı keçirəcək. Qadınların yarımfinal görüşləri isə 18 iyun Bakı vaxtı ilə saat 16:40 -dan etibarən start götürəcək.

Müəllif: Məsim MƏSİMZADƏ