Kişilərdən ibarət 3x3 basketbol millimiz 1/4 finalda

18 iyun 3x3 basketbol üzrə kişi yığmamız Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib. Əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14-16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib. Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:50 -də start götürəcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.

Müəllif: Məsim MƏSİMZADƏ