Azərbaycan cüdoçoları Avropa çempionatının ikinci günündə 3 medal əldə etdi

23 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 3 medal əldə ediblər.

-66 kq. çəkidə  Əbil Yusubov finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu oldu. Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov finalda  gürcüstanlı idmançı Qiorqi Dularidze üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazandı.

-52 kq. çəkidə yarışan cüdoçumuz Xədicə Qədəşova  ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək Avropa çemponatının bürünc medalını qazandı. -57 kq. çəkidə Fidan Qasımova isə 7-ci yerə çıxıb.

Müəllif: Natiq NƏSİROV