Badmintonçumuz Keişa Fatimə Zəhra III Avropa Oyunlarında ilk görüşünü keçirib

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən Avropa Oyunlarında ilk görüşünü keçirib.

Qadın badmintonçuların şəxsi yarışında "D" qrupunda ilk görüşündə Litva badmintonçusu Samanta Qolubikaite ilə qarşılaşan Zəhra inamlı qələbə qazanıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz rəqibini  2:0(21-16,21-19) hesabı ilə məğlub edib.

Keişa Fatimə Zəhra sabah qrup mərhələsinin ikinci turunda Moldova idmançısı Vlada Ginga ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV