"Neftçi" məğlubedilməz statusu ilə yarımfinalda

ESTAFET/ 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsində, B qrupunda qərarlaşmış "Neftçi" klubu qrupda sonuncu oyununu keçirib.

Təmsilçimiz Litva millisinə 20-14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

"Neftçi" nin yarımfinal qarşılaşması 3 iyul Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ