Netanya mərhələsinin finalında "Neftçi" nin də adı var

3 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsinin yarımfinal görüşləri baş tutub.

Yarımfinalda İsrail millisi ilə qarşılaşan "Neftçi", rəqibini 15-19 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Finalda "Neftçi" nin rəqibi güclü Çin millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 23:35 -də başlayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ