"Neftçi" İsraildə də hamıdan güclü oldu

ESTAFET/ 3 iyul tarixində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsinin final görüşü oynanılıb.

Təmsilçimiz "Neftçi" finalda güclü Çin millisi ilə qarşılaşıb və rəqibini 16-12 hesabı ilə məğlub edərək Netanya mərhələsinin qalibi olub.

Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" klubunun üzvü Brianna Freyzer seçilib.

Qeyd edək ki, "Neftçi" nin məğlub etdiyi Çin millisi reytinq xallarına görə Dünya Qadın Seriyasının bir nömrəsi və üç qat qalibidir.

Müəllif: Məsim MƏSİMZADƏ